Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Dövlət Musiqili Dram Teatrında mövsüm bağlanışı

13 iyul 2016 | 16:00

Şuşa Dövlət Musiqili Dram Teatrı teatr mövsümünü “Solğun çiçəklər” tamaşası ilə bağladı. Tamaşa “Azərsun Holdinq” Şirkətlər qrupunun mədəniyyət mərkəzində nüamyiş olundu.Tamaşadan əvvəl çıxışlar olmuşdur. Şuşa Dövlət Musiqili Dram Teatrının tarixindən və fəaliyyətindən danışan Şuşa Rayon İcra Hakimiyyəti başçısın müavini, İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva şuşa teatrını təbrik etmiş, bu günki nailiyyətlərini yüksək qiymətləndirmişdir. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovun adından Azərsun Holdinqin rəhbərliyinə rayonun mədəni həyatında fəal iştirakına görə minnətdarlığını bildirmişdir.

Şuşa Dövlət Musiqili Dram Teatrının 142 - ci mövsüm bağlanışı Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri ilə başa vurulmuşdur. Tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı əməkdar artist Azad Məmmədovdur. Rollarda – Rasəf Mehdiyev (Bəhram), Dürdanə Dünyamalıyeva (Sara), Xanirə İsgəndərova (Gülnisə), Vüsalə Məmmədzadə (Pəri), Zahid Mehdiyev (Əbdül) iştirak etmişdir.

Dəfələrlə teatrlarımızın yaradıcı kollektivləri tərəfindən səhnəyə qoyulan “Solğun çiçəklər” əsəri Cəfər Cabbarlının istedadı və gərgin əməyi ilə milli dramaturgiyamıza yeni ovqat, forma, məzmun və yeni keyfiyyətlər gətirdiyini bir daha sübuta yetirir. Bütün bunlar görkəmli dramaturqun ailə-məişət mövzusunda yazdığı ilk sentimental melodramatik əsərində özünəməxsusluğu, ayrıca bir fərdə və insanlar arasındakı münasibətlərə xüsusi görmə bucağından yanaşmasını önə çəkir.

Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları “Solğun çiçəklər” tamaşasını yüksək səviyyədə nümayiş etirərək tamaşaçıların diqqətini cəlb etmişdir.

Keçidlər