Şriftin ölçüsü :

Saytın rəngi :

Voleybol üzrə Şuşa rayon birinciliyi keçirilmişdir

17 oktyabr 2016 | 16:00

13 oktyabr 2016-cı il tarixdə Yasamal rayonu ərazisində yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbdə Şuşa Rayon Gənclər və İdman İdarəsi tərəfindən "18 Oktyabr - Dövlət Müstəqilliyi Günü"nə həsr olunmuş voleybol üzrə qızlar arasında Şuşa rayon birinciliyi keçirilmişdir. Tədbirin rəsmi açılış mərasimində Şuşa Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Salman Əbdülov, Şuşa şəhər 1 saylı tam orta məktəbin direktoru Elçin Dadaşov, Şuşa rayon UGİM-nin direktoru Yapon Hacıyev və digər rəsmi şəxslər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Nadir Bayramov Azərbaycanın müstəqillik əldə etdiyi 25 il ərzində keçdiyi inkişaf yolundan geniş məlumat vermişdir. Daha sonra söz alan Salman Əbdülov yarış iştirakçılarını salamladıqdan sonra onlara müvəffəqiyyətlər arzulamışdır. Gərgin oyun şəraitində keçən yarışda I yeri Malıbəyli kənd 1 saylı tam orta məktəbin komandası, II yeri Xankəndi şəhər 4 saylı tam orta məktəbin komandası, III yeri Şuşa  şəhər 1 saylı tam orta məktəbin komandası tutmuşdur.
Sonda qaliblər Şuşa Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və müvafiq dərəcəli diplomlarla təltif edilmiş, komandalara toplar və tor təqdim edilmişdir.

 

 

Keçidlər