Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr 2016-cı il tarixində “18 Oktyabr Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi” münasibəti ilə tədbir keçirilmişdir.

19 oktyabr 2016 | 16:00

18 oktyabr 2016-cı il tarixində “18 Oktyabr Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi” münasibəti ilə Şuşa rayon Gənclər və İdman İdarəsi və Şuşa rayon Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, dövlət Müstəqilliyinin əldə olunmasının çətinliyindən və Azərbaycan xalqının müstəqilliyin əldə olunması uğrunda apardığı mübarizədən danışmışdır. Daha sonra, Şuşa Rayon İcra hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Vüsalə Fətəliyeva, bu 25 ildə Azərbaycan dövlətinin keçdiyi şərəfli yoldan, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin apardıqları siyasət və bu siyasi fəaliyyət nəticəsində dövlətimizin əldə etdiyi uğurlardan danışmış və gənclərimizi müstəqilliyimizin qorunub saxlanılmasında və dövlətimizin inkişafında daha yaxından iştirak etməyə-təhsillərində və iş fəaliyyətlərində qabaqcıl Azərbaycan gənclərinin sıralarına qoşulmağa səsləmişdir.

Tədbirdə təhsil müəssələrində təhsil alan, həmçinin idarə və təşkilatlarda çalışan gənclər, idarə və müəssisə rəhbərləri və rayon ictimayyətinin nümayəndələri iştirak etmişdirlər. İş fəaliyyətində və təhsilində fərqlənən gənclər hədiyyə və fəxri fərmanlarla təltif olunmuşdurlar.

Keçidlər