Şriftin ölçüsü :

Saytın rəngi :

«Şəhadət» sənədli filmi Şuşa şəhər 6 nömrəli tam orta məktəbində nümayiş etdirilib

15 dekabr 2017 | 16:00

«Şəhadət» sənədli filmi Şuşa şəhər 6 nömrəli tam orta məktəbində nümayiş etdirilib

Dekabrın 15-də Şuşa rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şöbəsinin birgə təşkilatçılığı ilə Pirşağı qəsəbəsi, “Qızılqum” sanatoriyasında yerləşən Şuşa şəhər 6 nömrəli tam orta məktəbində “Sülh, mərhəmət, dözümlülük dini olan İslamda milli-mənəvi dəyərlər” adlı tədbir keçirilib. Tədbir Azıərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə imzaladığı “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” fəaliyyət planına uyğun olaraq keçirilb.

Tədbirdə Pirşağı qəsəbəsində yerləşən Şuşa şəhər 6, 8, 9 nömrəli, Quşçular kənd orta məktəblərinin X-XI sinif şagirdləri, həmin məktəblərin «Həyat bilgisi» fənnini tədris edən müəllimləri, psixoloqları, Uşaq birlik təşkilatlarının rəhbərləri iştirak edib.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Azərbaycan övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şuşa rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə milli-mənəvi dəyərlərin və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində Ümummilli lider Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasətini uğurla davam etdirməsindən danışıb. “Sülh, mərhəmət, dözümlülük dini olan İslamda milli-mənəvi dəyərlər” mövzusunda çıxışında Gülbəniz Babayeva bildirib ki, müasir dünyamızda

Azərbaycan dinlərarası, millətlərarası münasibətlərdə dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan, milli-mənəvi dəyərlərinə sadiq dövlətə çevrilib. Milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rolundan danışan G.Babayeva islam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövlətinin ardıcıl olaraq yürütdüyü siyasəti qeyd edib.

Şuşa rayonunun Axundu Mirabdullah Həsənli dini radikalizmlə mübarizədə, milli-mənəvi dəyərlərin təbliğində əvəzsiz vasitə kimi islamın rolundan danışıb.

Şuşa şəhər 6 nömrəli məktəbin direktoru Naimə Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına xidmət edən tədbirlərin gənclərimizin mənəvi ruhda yetişməsində böyük əhəmiyyəti barədə danışıb.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan və Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunan ”Şəhadət” sənədli filmi nümayiş etdirilib.

 

Keçidlər