Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Dövlət Musiqili Dram Teatrının 145-ci Teatr Mövsümünün bağlanışı

16 iyul 2019 | 16:00

 

Qədim tarixi ənənələrə malik olan Şuşa Dövlət Musiqili Dram Teatrı 145-ci Teatr Mövsümünü Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşası ilə bağlamışdır.

2019-сu ilin 16 iyul tarixində Teatrın binasında təşkil edilmiş tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavinləri Əkbər Hacıyev, Vüsalə Fətəliyeva, Aparatın məsul əməkdaşları, rayonun idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Tamaşadan əvvəl rəsmi hissə olmuşdur. Rəsmi hissədə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov Şuşa Teatrının tarixi keçmişindən və bugünkü səmərəli fəaliyyətindən danışmışlar.

“Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasında Respublikanın Əməkdar Artisti Azad Məmmədov, aktyorlardan Gündüz Qasımov, Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Hamlet Qənbərov, Zəhra Salayeva, Yaşar Muradov, Ruhiyyə Həsənova, Mobil Qurbanov öz məharətli obrazları ilə tamaşaçıları heyran etmişlər.

 

 

Keçidlər