Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon İcra Hakimiyyətinin başçının inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videokonfrans keçirmişdir.

06 may 2020 | 16:00

Şuşa rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Nazirlər Kabineti yanında Operativ Qərargahın 04 - 31 may tarixlərində verdiyi tövsiyələr ilə əlaqədar başçının inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videokonfrans keçirmişdir. B.Səfərov nümayəndələrə əhalinin karantin qaydalarına riayət etmələrinə ciddi nəzarəti gücləndirməyi tapşırmışdır. Tənha, yardıma ehtiyacı olan insanlara diqqət göstərməyi davamlı etmək üçün lazımi tədbirlər görməyi məsləhət bilmişdir. Nümayəndələrin verdikləri suallar cavablandırılmışdır.

 

 

 

 

 

 

Keçidlər