Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa səhiyyəsi bu gün

17 iyun 2020 | 16:00

1992-ci ildə Ermənistanın Şuşaya təcavüzündən sonra Şuşa rayonuna məxsus idarə və müəssisələr və əhalinin çox hissəsi Bakı şəhərində yerləşmişdir. Şuşa MRX-sı Yasamal rayonu Ə.Əhmədov 26-da yerleşir. Poliklinikada müasir standartlara uyğun olan ultrasəs diaqnostika kabineti, kliniki və biokimyəvi analizatorları olan laboratoriya, mükəmməl fizioterapiya, göz xəstəliklərinin müayinə və müalicəsini təmin edən oftalmoloji, burun qulaq boğaz xəstəlikləri kabineti, nevroloji, uşaq nevroloji, mama-ginekoloji, kardioloji, endokrinoloji, cərrahi, stomatoloji, terapevt və pediatriya xidmətləri müasir tələblərə cavab verir. Həkim və tibb bacıları tərəfindən qayğı ilə əhatə olunurlar. Həkimlərimiz pasientləri analizlərdən və lazimi müayinələrdən keçirirlər, sonra isə müalicə aparılması ücün resept və tövsiyələrini verirlər. Aztəminatlı, imkansız vətəndaşlar Şuşa MRX tərəfindən dərmanlarla təmin olunur. Bununla yanaşı həkimlərimiz Ağdam rayonunda yerləşən Mirzələr Qış yatağında məskunlaşan əhalinin müayinəsi ilə əlaqədar ayda 1 dəfə həmin ərazidə profilaktik işlər aparır və onları dərmanla təmin edirlər. Pediatrlar  uşaqların icbari dispanserizasiyasını təşkil edirlər, məktəblərdə yoxlamalar keçirirlər. Şuşa MRX 15 fevraldan – 15 may ayınadək məcburi dispanserizasiyanı  həyata  kecirir. İl ərzində ambulator qəbulumuz  51077 nəfərdən ibarət olmuşdur. Pandemiya ilə əlaqədar olan karantin rejiminə görə ambulator qəbulumuz  əvvəlki illərlə müqayisədə azlıq təşkil edir. Bu ilin 6 ayı  ərzində 13620 nəfər ambulator qəbuldan keçmişdir. Mütəmadi olaraq qeydiyyatda olan  xəstələrlə telefon vasitəsi ilə əlaqə saxlanılır və lazımi  köməklər göstərilir.

Malıbəyli  HKTM-si  və  Şuşa  TTTY şöbəsi Ramana qəsəbəsi 450-də  yerləşir. Burada yaşayan əhali Malıbəyli HKTM-nə gəlməklə bütün imkanlardan istifadə edə bilirlər, illik qəbul 7000 nəfər təşkil edir. TTTY şöbəsi  hər zaman cağırışlara  tam heyətlə  vaxtında çatıb lazımi  tibbi yardımı yerinə yetirirlər. İllik cağırışların sayı 5653 nəfərdən ibarətdir. Bu çağırışlarda 5750 nəfərə tibbi yardım göstərilmişdir. Bu ilin 6 ayı ərzində 2526 çağırışdan 2549 nəfərə lazimi tibbi yardım göstərilmişdir.
Quşçular HKTM-si Pirşağı qəsəbəsi “ Gilavar ” sanatoriyasında yerləşir. Əhali şəhərdən kənar yerləşdiyi üçün Quşcular HKTM-yə mütəmadi və fasiləsiz müraciət edə bilərlər. Həkim və tibb bacılarımız onların qayğısına qalır. Ehtiyac olduqca və təlabat çoxaldıqca Şuşa MRX-dan mütəxəssis həkimlər lazimi ünvanlara ezam olunurlar. İllik qəbul 2000 nəfərdən ibarətdir.
Şuşa  MRX-nın  tibb kollektivi “ Qobu Park ” yaşayış  massivində də fəaliyyət göstərirlər. Həkimlər günlük növbə ilə orada yaşayan 5000- dən çox əhalinin qayğısına qalırlar. Lazım olarsa xəstələr dərman və tibbi ləvazimatlarla təmin edilir. Virusla və karantinlə bağlı həkimlər və tibb bacıları bayram günlərində növbəli şəkildə əhalinin keşiyində durub, onlara nəzarət edib yardımlar göstərirlər.
Bundan başqa yeni açılan “Qobu“ 3 yaşayış massivinə köçürülən sakinlərin qeydə alınması davam edir.
17 iyun Respublikamızda tibb işçilərinin peşə bayramı keçirilir. Hər il Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu bayram yüksək səviyyədə təşkil edilirdi. Karantin rejiminin qaydalarına uyğun olaraq tədbirlərin keçirilməsi qadağan olduğu üçün bu il onlayn təbriklərə qoşulduq. Azərbaycan həkimlərini və rayonumuzun həkimlərini təbrik edir, onlara fədakar peşələrində uğurlar arzu edirik. Bayramınız mübarək!


Şuşa rayon Mərkəzi xəstəxanasının
baş həkimi vəzifəsini müvəqqəti icra edən,
Baş həkimin müavini – Kəmalə Səfərova.

Keçidlər