Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkədə bu günlər əsl ordu-xalq vəhdəti nümayiş etdirilir.

17 iyul 2020 | 16:00

Paşinyan hökuməti Azərbaycan ilə sərhəddə atəşkəsi pozaraq son zamanlarda onun siyasətinə qarşı olan müxalifətin fəaliyyətini məhdudlaşdırmağa,pandemiya ilə bağlı ermənistanda artan gərginliyi azlalmağa, Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqının dəstəyini almağa çalışır.

Baş Nazir Nikol Paşinyanın Ermənistan daxilində reytinqi ciddi problemlər fonunda sürətlə düşür. Bir tərəfdən pandemiyanın gətirdiyi ciddi problemlər, digər tərəfdən ölkə daxilində vətəndaş həmrəyliyinin mövcud olmaması Paşinyan iqtidarını küncə sıxır. N. Paşinyan belə bir şəraitdə iqtisadiyyatın çöküşü və dərin böhrandan daha çox kabinetini, statusunu əlindən ala biləcək yeni liderin ortaya çıxma ehtimalından narahatdır. Paşinyan proseslərin məhz belə istiqamət ala biləcəyindən ehtiyat edir.

Azərbaycan ordusu iyulun 12-si Ermənistanın Tovuz rayonu ilə həmsərhəd Tavuş rayonundan törədilən növbəti təxribata qarşı layiqli cavab vermişdir. Mövqelərimizi ələ keçirmək məqsədilə erməni hərbi birləşmələri hücuma keçməyə cəhd göstərib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Ciddi itkilər verən düşmən geri oturdulub. Cəbhə xəttindəki operativ məlumatla tanış olan kimi Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirmiş və öz çıxışında Ermənistan tərəfinin bütün cəhdlərinin iflasa uğradığını, hərbiçilərimizin qisasının alındığını, bundan sonra da alınacağını, düşmənə yenidən öz yerinin göstəriləcəyini bildirmişdir. Ədalətli mövqeyi Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd müvafiq qətnaməsi və digər beynəlxalq sənədlərlə də dəstəklənən Azərbaycana bu günlərdə qardaş Türkiyə Cumhuriyyəti, İran İslam Respublikası, Pakistan, Ukrayna da dəstək olaraq Ermənistan təxribatını pisləyiblər. Son vaxtlar beynəlxalq arenada böyük uğurlara imza atmasını gözü götürməyən Ermanistanın törətdiyi bu təxribat nəticəsində hərbiçilərimizdən bir neçəsi şəhid olmuşdur. Şəhidlərimizin dəfn olunduğu rayonlarda hərbiçilərimizin nəşi yerli əhali tərəfindən böyük hörmət və sevgi ilə qarşılanmışdır. İnsanlar, igid oğullar mənfur düşmənə qarşı intiqam, torpaqlarımızın azad olunması üçün hərbi əməliyyyatlara tam dəstək ifadə edirlər. Ölkədə bu günlər əsl ordu-xalq vəhdəti nümayiş etdirilir. Azərbaycan xalqı hər zaman Ali Baş Komandan İlham Əliyevin yanındadır,onun siyasi kursunu dəstəkləyir.

Keçidlər