Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 27 il ötür.

23 iyul 2020 | 16:00

Dövlətçilik tariximizdə, mədəniyyətimizdə özəl yeri olan Ağdam Qarabağın ən iri rayonlarından biridir. Ağdam rayonu qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi ilə şöhrət qazanmışdır. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini düşmən tərəfindən vəhşicəsinə dağıdaraq, işğal edib. Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi işğalçı ermənilərin əlinə keçdi, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.

Aprel döyüşləri və bu günlər Tovuz rayonunun ərazisində gedən döyüşlər bir daha Azərbaycan Ordusun gücünü, qüvvətini, şücaətini və qorxmazlığını sübut etdi. Xalq olaraq hər bir Azərbaycan vətəndaşı Ölkə başçısı İlham Əliyevin yanındadır və Onun apardığı uğurlu siyasətin nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasına inanır!

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlar mütləq azad olunacaq və hər bir məcburi köçkün öz ata – baba yurduna qayıdacaq! Biz birlikdə güclüyük!

Keçidlər