Şriftin ölçüsü :

Saytın rəngi :

Aparılan döyüşlər ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindəndi

19 oktyabr 2020 | 16:00

Azərbaycan xalqının haqq iradəsi dönməzdir. Bütün Azərbaycan xalqı dövlətimizin ən parlaq səhifəsini yazır. Azərbaycanda yaşanan həmrəylik, qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir. Xalqımız öz doğma dədə-baba torpaqlarını işğalçılardan azad edir.

Bu gün Ermənistan quldur və faşist dövlət kimi davranır və onu dəstəkləyənlər qətliamın əsl günahkarlarıdır. Bütün dünyaya bəllidir ki, Ermənistan döyüşmür, qatil kimi cinayət işləyir. Cəbhədəki erməni təxribatının qarşısının alınması üçün Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qətiyyət, mübarizlik, hücum taktikasına əsaslanan fəaliyyəti Azərbaycan cəmiyyətində yüksək dəyərləndirilir. Cəmiyyətin bütün sferaları, o cümlədən QHT-lər, KİV-lər, və sadə vətəndaşlar Azərbaycan Silhalı Qüvvələrinə dəstək nümayiş etdirir. Söz yox ki, bütün bunların əsasında Azərbaycan dövlətinə və xalqına bağlılıq dayanır. Azərbaycan cəmiyyətinin bütün nümayəndələri ordu ilə həmrəylik nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiki kimi,”Bu gün Azərbaycan kiminsə torpağını işğal etməyib və müharibədə aparmır. Bu gün Azərbaycan öz toppaqlarının azadlığı uğrunda, geri qaytarılması uğrunda mübarizə aparır”.

Möhtərəm Prezidentimizin Türkiyənin "A Haber” TV kanalına verdiyi müsahibəsində vurğuladığı fikirlərdə aydın olur ki, Azərbaycan dövləti Cənubi Qafqazın ən nəhəng dövlətinə və böyük güc mərkəzinə çevrilib.

Azərbaycanın dünyada nüfuzlu bir ölkəyə çevrilməsi dövlət başçımızın apardığı daxili və xarici siyasətin nəticəsidir.

Ermənistan məğlub olduğunu görüb atəşkəs istədi. Ermənistan görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmir, onlar atəşkəs üçün müraciət etdilər. Bilirsiniz ki, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür, Azərbaycan da bildirdi ki, humanitar məqsədlər üçün, cəsədlərin götürülməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər. Ancaq görünür ki, Ermənistan bu atəşkəsdən istifadə etmək istəyir, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil etdilər. Ondan sonra digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular.

Ermənistan ordusu müharibədə qısa zamanda əridi, yox oldu Ermənistan itkiləri hər gün dəyişən bir statistikadır. 230-dən çox tank məhv edilib, 33 tank qənimət kimi götürülüb, hava hücumuna qarşı 35 OSA sistemi, iki S-300 sistemi məhv edilib. Təqribən 170 karqo maşını ya məhv edilib yaxud ələ keçirilib. Həmçinin 16 komanda mərkəzi məhv edilib. Hesablamalara görə, bu günlər ərzində Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəyib və bu, davam edir.

Azərbaycan ordusu hətta mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən gəlir. Müzəffər Azərbaycan ordusu şərəfli missiyanın öhdəsindən gələ bilir. Qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edilməsi böyük qələbəni xalqa daha da yaxın edir.Azərbaycan Ermənistanın namərd əməllərinə döyüş meydanında cavab verir. Azərbaycan məsuliyyətli ölkə olaraq düşmənin qısasını mülkü əhalidən götürmür. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində onlar ilə məsuliyyəti bölüşmüş olurlar.

Keçidlər