Ramana-450 qəsəbəsində Xocalı faciəsi qurbanlarının anım günündə ağacəkmə kampaniyası keçirilmişdir. Qəsəbə ərazisində məktəblərin, idarələrin, kənd-həkim ambulatoriyasının ətrafında 613 ədəd ağac əkilmişdir. Daha sonra Malıbəyli kəndi uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi onlara həsr olunmuş abidə önündə anılmışdır.