Şriftin ölçüsü :

Saytın rəngi :

"COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi Şuşa rayonu üzrə uğurla davam etdirilir.

03 mart 2021 | 16:00

Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.
Strategiyaya uyğun olaraq fevral ayının 8-dən etibarən COVID-19 əleyhinə vaksinasiyasının növbəti mərhələsi həyata keçirilməyə başlamışdır. Bu mərhələnin nizamlı təşkil olunması məqsədi ilə 65 yaşdan yuxarı vətəndaşlarımız 5 fevral 2021-ci il saat 00:00-dan etibarən randevu.its.gov.az internet ünvanından qeydiyyatdan keçməklə vaksinasiya olunmaq üçün əvvəlcədən təyin etdiyi vaxtda qeydiyyatdan keçmişdir. Qeyd edək ki, rayonumuzun ərazisində fəaliyyət göstərən tibb məntəqələrində də vaksinasiya prosesi uğurla həyata keçirilir.Şuşa rayonu üzrə əhalinin vaksinasiya olunması  üçün maarifləndirmə işləri davam etdirilməkdədir. Vaksinasiya prosesi 50 yaşdan yuxarı vətəndaşlarımız üçün müəyyən olunmuş qrafikə əsasən davam etdirilir.Şuşa Rayonunun əhalisi respublikanın 58 rayonunda məskunlaşmışdır.Rayonlarda yaşayan əhalimiz yaşadıqları ərazilərdəki tibb məntəqələrində vaksinasiya olunurlar.

Keçidlər