Şriftin ölçüsü :

Saytın rəngi :

«Dövlətin din siyasətində maarifləndirmə işlərinin mahiyyəti» mövzusunda Şuşa 7,9,10 saylı Şuşa şəhər tam orta məktəblərinin yuxarı sinif şagirdlərinin, müəllimlərin iştirakı ilə videokonfrans keçirilmişdir.

06 may 2021 | 16:00

«Dövlətin din siyasətində maarifləndirmə işlərinin mahiyyəti» mövzusunda Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  7,9,10 saylı saylı Şuşa şəhər tam orta məktəblərinin yuxarı sinif şagirdlərinin, müəllimlərin iştirakı ilə videokonfrans keçirilmişdir. Şuşa Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mahmudov Natiq  çıxışında  Azərbaycanın din siyasətində maarifləndirmə işlərinin böyük əhəmiyyət daşıdığını qeyd edərək bildirdi ki, “Dinimiz-xalqımızın milli-mənəvi sərvətidir”-deyən Ümummilli lider Heydər Əliyevin  ardıcıl və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit edilmişdir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirərək, ölkəmizdə milli-mənəvi dəyərlərin və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı ölkə başçısı tərəfindən imzalanan sərəncamlar bunun bariz nümunəsidir.Azərbaycan islam ölkəsidir, eyni zamanda dünyəvi dövlətdir. Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır. Yəni dövlət idarəçiliyi və qanunvericiliyi dini prinsiplərə əsaslanmır. Dövlətimiz, millətindən asılı olmayaraq, hər bir vətəndaşın dini etiqad azadlığını tanıyır. Qanunla hər kəsə öz iradəsiylə istədiyi dini seçməyə və azad şəkildə ibadət etməyə icazə verilir.Konfransda çıxış edənlər bildirdilər ki, dini radikalizm və ekstremizmə qarşı mübarizədə ailədə aparılan tərbiyə işi ilə bərabər, məktəbdə təlim-tərbiyə işinin məqsədəuyğun təşkili mühüm əhəmiyyət kəsb edir. Təhsil prosesində milli-dini dəyərlərin elmi-pedaqoji tələblərə uyğun öyrədilməsi böyüməkdə olan nəsilləri xalqımızın tarixi köklərinə, türkçülüyə, azərbaycançılığa möhkəm tellərlə bağlayır, onlar milli ruhlu şəxsiyyətlər kimi yetişir, multikultural dəyərlərə, digər xalqların da inanclarına, mədəniyyətlərinə hörmətlə yanaşır, ümummilli birliyin möhkəmləndirilməsində torelantlığın əhəmiyyətini dərk edirlər. Dövlət dini dəyərlərimizi şəxsiyyət yetişdirilməsində mühüm vasitələrdən biri sayır. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsi hesab olunur. Qeyd olundu ki, milli dəyərlərimizin ana xətti isə Azərbaycançılıq məfkurəsi, Azərbaycançılıq ideologiyasıdır. Yəni, dini dəyərlər Azərbaycançılıq konsepsiyasına zidd ola bilməz və zidd deyil. Təhsil prosesində milli-dini dəyərlərin öyrənilməsi məhz Azərbaycançılıq konsepsiyasına əsaslanmalı, millətimizə xas olmayan yad elementlərə imkan yaradılmamalı, dini radikalizm və ekstremizmin cəmiyyət üçün çox ciddi fəsadlar törədə biləcəyi şagirdlərə məqsədəuyğun şəkildə izah edilməlidir.

Keçidlər