Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn həmyerlimiz, leytenant Həsənov Nurlan Nadir oğlunun əziz xatirəsi ad günündə dərin ehtiramla yad edildi

19 may 2021 | 16:00

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Şuşa şəhər sakini Həsənov Nurlan Nadir oğlunun  ad günü şəhidin evində , Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai –siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva,  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ələkbərov Elxan , qazilər, şəhidin ailə üzvləri ilə  birlikdə qeyd olundu.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, keçdiyi döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən danışılıb.
Həmçinin qeyd edildi ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etmişdir. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.

Keçidlər