ŞUŞA RAYON MƏDƏNİYYƏT VƏ TURİZM ŞÖBƏSİ TABELİYİNDƏ OLAN MÜƏSSİSƏLƏR
S/s | Müəssisənin adı | Müəssisənin ünvanı |
1 | Şuşa rayon Mədəniyyət və Turizm şöbəsi | Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 16 |
2 | Mühasibatlıq | Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 16 |
3 | Şuşa Rayon Mədəniyyət evi | Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi |
4 | Şuşa Şəhər Dövlət Rəsm Qalereyası | Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 16 |
5 | Şuşa Şəhər Ü.Hacıbəyovun ev muzeyi | Bakı şəhəri, Yasamal rayonu, Dilarə Əliyeva küçəsi, dalan1, mən 3 |
6 | Şuşa rayon Mərkəzi Kitabxana Sistemi | Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2A, koperativ yaşayış binasının zirzəmisi |
7 | Kitabxana filialları | Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi |
UŞAQ MUSİQİ MƏKTƏBLƏRİ
S/s | Müəssisənin adı | Müəssisənin ünvanı |
1 | “Bülbülcan” adına Şuşa Şəhər Uşaq Musiqi Məktəbi | Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi 15; 123 saylı orta məktəbin binası |
2 | “Niyazi”adına Şuşa Şəhər Uşaq İncəsənət Məktəbi | Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qağayı düşərgəsi |
3 | Şuşa rayon Malıbəyli kənd Uşaq Musiqi Məktəbi | Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi-450 |
4 | Şuşa rayon Xəlfəli kənd Uşaq Musiqi Məktəbi | Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 6 saylı İncəsənət Məktəbinin binası |
5 | Şuşa rayon Qaladərəsi kənd Uşaq Musiqi Məktəbi | Bakı şəhəri, Nizami rayonu, S.Rüstəmov küçəsi 35, 33 saylı Uşaq Musiqi məktəbinin binası |
6 | Şuşa rayon Quşçular kənd Uşaq Musiqi Məktəbi | Bakı şəhəri, Suraxanı rayonu, Pirşağı qəsəbəsi, 112 saylı orta məktəbin köhnə binası |
7 | Şuşa rayon Turşsu kənd Uşaq Musiqi Məktəbi | Bakı şəhəri, Binəqədi rayonu, Rabitə Sağlamlıq düşərgəsi |
8 | Şuşa rayon Xanalılar kənd Uşaq Musiqi Məktəbi | Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 68/18; keçmiş kitabxananın binası |
9 | Şuşa rayon Malıbəyli kənd Mədəniyyət evi | Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi |
10 | Şuşa rayon Quşçular kənd Mədəniyyət evi | Bakı şəhəri, Suraxanı rayonu, Pirşağı qəsəbəsi, “Gilavar” sanatoriyası |
11 | Şuşa rayon Malıbəyli kənd kitabxanası | Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi |
12 | Şuşa rayon Quşçular kənd kitabxanası | Bakı şəhəri, Suraxanı rayonu, Pirşağı qəsəbəsi, “Gilavar” sanatoriyası |
Rayon mədəniyyət evi Malıbəyli, Quşçular və Sarıbaba kənd mədəniyyət evlərinin kollektivləri göstərilən müddət ərzində 16 tədbir hazırlayıb həyata keçirmişdir ki, buda ötən ilkindən 6 tədbir çoxdur. Müstəqilliyimiz uğrunda şəhid olanların xatirəsini yad etmək məqsədilə 20 Yanvar faciəsinə həsr olunmuş, eləcə də fevral ayının 11-də Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin faciəli işğalına, əsrin faciəsi olan Xocalı soyqrımının 24 ildönümünə həsr olunmuş xüsusi faciəli kompozisiyalar hazırlanıb nümayiş etdirilimişdir.
Azərbaycan Xalça muzeyində tədbir keçirilmiş, işğal vaxtı Şuşadan xilas edilərək Bakıya gətirilmiş xalçaların sərgisi nümayiş etdirilmişdir. Tədbirdə Respublika Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri və Şuşa, Xocalı, Xocavənd rayon İcra hakimiyyəti başçıları eləcədə rayon ictimaiyyəti nümayəndələri iştirak etmişlər.
Şuşa rayon MKS–də tarixi günlərlə bağlı tədbirlər hazırlanıb həyata keçirilmiş, yeni nəşr olunmuş kitabların sərgisi nümayiş etdirilimişdir.
Şuşa şəhər Dövlət Rəsm Qalereyası göstərilən müddət ərzində 6 sərgi hazırlayıb həyata keçirmişdir ki, bu da ötən illə müqayisədə 2 dəfə çoxdur.
8 mart Beynəlxalq qadınlar bayramı münasibəti ilə də xüsusi konsert proqramı hazırlanmış və əsasən Şuşalılar məskunlaşan yerlərdə yeni Ramana və Pirşağı qəsəbələrində nümayiş etdirilmişdir.
14 mart 2016-cı il tarixdə Azərbaycan Respublikası Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə “Bölgələrdən paytaxta” layihəsi əsasında Şuşa incəsənət ustalarının konserti keçirilmişdir. Tədbirdə Şuşalı el sənəkarlarının, tar, kamança ustalarının, şəbəkə ustalarının, eləcə də suvenir və xalça ustalarının əl işlərindən ibarət sərgi nümayiş etdirilimişdir. Tədbir Novruz bayramı ərəfəsində keçirildiyindən Şuşalıların bişirdikləri, Şuşa fətri, şəkərbura, paxlava, qırxbığım plov və boyanalı plov həmçinin Şuşada bitən dərman bitkilərindən ibarət otlarda nümayiş etdirilmişdir. Tədbirin yekununda Şuşa incəsənət ustalarının konserti nümayiş etdirilimiş və Şuşa haqqında yeni işlənmiş videoçarx tamaşaçıların diqqqətinə çatdırılmışdır.
“Şuşa Azərbaycan Tarix və Mədəniyyət incisidir” kitabı xüsusi olaraq hazırlanmış və tədbir iştirakçılarına paylanmışdır.
19 mart 2016-cı il tarixdə Novruz bayramı münasibəti ilə keçirilən Respublika tədbirində Şuşa öz mətbəxi ilə iştirak etmiş, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənabları və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva bayram günü dənizkənarı bulvarda Şuşa mətbəxinin sərgisində olmuş və sərgini yüksək dəyərləndirmişdir. Şuşa rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm şöbəsi və sərgidə iştirak edənlər səmərəli fəaliyyətlərinə görə Respublika Kulinariya mərkəzi tərəfindən Diplomla təltif edilmişdir.
Bölgələrdən Paytaxta layihəsi çərçivəsində görülən işlərə görə Şuşa rayon Mədəniyyət və Turizm şöbəsi Mədəniyyət və Turizm Naziri tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
1-3 Aprel 2016-cı il tarixində Gürcüstanın paytaxtı Tbilisi şəhərində məşhur gürcü rəqqası Çobukianinin şərəfinə keçirilən 3-cü Beynəlxalq rəqs festivalında Şuşanın “Təbəssüm” rəqs qrupu festivalda iştirak edib. 8 ölkənin qatıldığı festivalda “Təbəssüm” rəqs qrupu birinci yerə çıxaraq qızıl medala layiq görülmüşdür. İki solo ifaçımız festivalın lauereatı olub və onlar ayrı-ayrı laminasiya üzrə qızıl medala layiq görülmüşlər.
7-9 aprel 2016-cı il tarixdə Şuşa rayon Mədəniyyət və Turizm şöbəsi Bakı şəhərində keçirilən beynəlxalq Turizm sərgisində iştirak etmiş. Sərgidə Şuşalı el sənətkarlarının əl işləri nümayiş etdirilimiş, muğam ifaçılarımız öz ifaları ilə sərgiyə gələnləri heyran etmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva sərgidə olmuş, Qarabağ-Şuşa pavilionuna yaxınlaşaraq el sənətkarlarının işini yüksək qiymətləndirmişlər.
19 aprel 2016-cı il tarixdə Beynəlxalq abidələr günü münasibəti ilə Atəşgahda Şuşa tarixi abidələrinin sərgisi keçirilmişdir.
Hazırda Şuşanın “Təbəssüm” rəqs qrupu 27-28 aprel 2016-cı il tarixdə Şəki şəhərində Türksoy tərəfindən keçiriləcək beynəlxalq rəqs festivalında iştirak etmək üçün hazırlıq işləri görülür.
26 aprel 2016-cı il tarixdə görkəmli musiqişünas həmyerlimiz Gülağa Zeynalovun 60 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcəkdir.