ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ŞUŞA RAYONUNA SƏFƏRLƏRİ
29.07.1982
29 iyul 1982-ci il tarixində Azərbaycan KP MK-nın birinci katibi olmuş Heydər Əliyev Şuşaya səfər etmişdir. Azərbaycan mədəniyyət və incəsənətinə xüsusi diqqətlə yanaşan Ulu Öndər Heydər Əliyev həmin günlərdə Vaqif poeziya bayramında iştirak etmiş, Üzeyir Hacıbəyovun evini-xatirə muzeyini ziyarət etmişdir. Ulu Öndərin Şuşaya elm, ədəbiyyat, incəsənət xadimlərindən əlavə, ailə üzvlərini – həyat yoldaşı Zərifə xanımı və oğlu İlham Əliyevi də gətirməsi onun bu diyara və milli ədəbiyyatımıza, tariximizə xüsusi diqqətinin bir daha təzahürü idi.