Tarixi abidələr
Gəncə qapısı
XVIII əsrin ölkə əhəmiyyətli memarlıq abidəsidir.
Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şimal tərəfində yerləşir. Günümüzə çatmış yeganə şəhər qapısıdır. Şuşa şəhəri işğal altında olduğu dövrdə qala da möhkəm dağıntılara məruz qalmışdır. Şəhər azad edildikdən sonra qalanın böyük hissəsi bərpa edilmişdir.






