Şriftin ölçüsü :

Saytın rəngi :

Sərəncamlar

AZƏRBAYCAN  RESPUBLİKASI

Şuşa Rayon  İcra  Hakimiyyəti  başçısının

S Ə R Ə N C A M I

 

                                                             10 yanvar 2023-cü il

 

Şuşa RİH yanında İctimai Şuraya

seçkinin təşkili məqsədi ilə komissiyanın tərkibinin

dəyişdirilməsi haqqında

 

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun icrasının təmin edilməsi məqsədi ilə   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.3-cü  və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndlərini rəhbər tutaraq  Qərara alıram:

  1. Rayon icra hakimiyyəti yanında İctimai şuraya seçkinin təşkili məqsədi ilə  RİH Başçısının 20 aprel 2021-ci il tarixli 33 nömrəli Sərəncamına dəyişiklik edilməklə, 9 nəfərdən ibarət (rayon icra hakimiyyətinin əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv) olmaqla aşağıdakı tərkibdə seçki komissiyası təşkil edilsin:

 

Komissiyanın sədri:

 

                                                       

  1. Vüsalə Fətəliyeva  -  Şuşa Rayon İcra Hakimiyyəti başçısının   

                                      müavini, İctimai-siyasi və humanitar məsələlər          

                                      şöbəsinin müdiri

 

Komissiyanın üzvləri:

  1. Qalib Kazımov - RİH başçısı aparatında Ərazi idarəetmə və

                                yerli özünüidarəetmə orqanları ilə iş

                                şöbəsinin müdiri      

 

  1. Ülvi Heydərov -  RİH başçısı Aparatının Sənədlərlə və                

                                vətəndaşların müraciətləri ilə iş  

                                şöbəsinin müdiri

 

  1. Elxan Ələkbərov - Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə              

                                       iş şöbəsinin müdiri

 

 

  1. Rəsmiyyə Məmmədova - Qarabağ Regional Təhsil İdarəsinin Şuşa rayon     

                                             sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən

 

 

  1. Kəmalə Səfərova - Şuşa Rayon Mərkəzi Xəstəxanası, pulblic hüquqi şəxsi, direktor

                                                                 

  1. Naimə Əliyeva -  Şuşa şəhər 6 saylı tam orta məktəbin direktoru

 

  1. Nadir Bayramov -  Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi

 

  1. Gülsarə Abbasova -  Şuşa Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru



 

  1. Seçki Komissiyası;

 

-Rayon icra hakimiyyətinin fəaliyyət istiqamətlərinin genişliyini və iş həcmini nəzərə almaqla  ictimai şura üzvlərinin say həddini müəyyən etsin.

-Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsindən (www.shusha-ih.gov.az), “Şuşa” qəzetindən və mövcud olan digər vasitələrdən istifadə etməklə İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar olaraq namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanması və başa çatması vaxtını elan etsin.

-Şuşa Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatını 24  iş günü müddətinə başa çatdırsın.

-Seçkilərin “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etsin.

  1. Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ülvi Heydərova tapşırılsın ki, aidiyyəti şəxsləri Sərəncamla tanış etsin.
  2. Sərəncamın icrasına nəzarət RİH başçısının İctimai Şuraya seçkilərin təşkili ilə bağlı məsul şəxs təyin olunmuş –Vüsalə Fətəliyevaya tapşırılsın.

                                                            

 

                       Şuşa Rayon İcra

                       Hakimiyyətinin başçısı:                          Bayram Səfərov

Keçidlər