İcra Hakimiyyəti
İcra hakimiyyətinin başçısı
Səfərov Bayram Əsəd oğlu Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Əsəd oğlu Səfərov 1951-ci ildə Şuşada anadan olub. İxtisasca iqtisadçıdır. Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri, Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. Son illər “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində (”AZAL”) çalışıb. 2009-cu il fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2009-cu il iyunun 5-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri seçilmiş və 2018-ci ilin dekabr ayına qədər həmin vəzifədə fealiyyət göstərmişdir. 5-6 iyul 2011-ci il tarixdə Bakıda keçirilmiş Dünya azərbaycanlılarının III Qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına üzv seçilmişdir. 17 aprel 2016-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Bayram Əsəd oğlu Səfərovu “Şöhrət” ordeni ilə təltif etmişdir.
|