Şriftin ölçüsü :

Saytın rəngi :

08-09.05.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva mayın 8-də Şuşaya səfər ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib.

Mayın 9-da Şuşa şəhərinin Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva mayın 9-da Şuşada Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanda olublar.

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər.

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışında iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva və ailə üzvləri Şuşada Xurşidbanu Natəvan və Zəfər küçələrində, həmçinin Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsindəki lövhələrin açılışlarında iştirak ediblər.

 

Keçidlər