Ölkə başçısı Şuşada
16.03.2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olmuşlar.
Dövlətimizin başçısına və birinci xanıma Şuşa şəhərində tarixi-dini abidələrin bərpası və şəhərdə aparılan bərpa-quruculuq işləri ilə bağlı görülən işlər haqqında məlumat verilmişdir.