Şriftin ölçüsü :

Saytın rəngi :

10-12.05.2022

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva Şuşa şəhərində  səfərdə olublar.

Prezident İlham Əliyev və  vitse-prezident Mehriban xanım Əliyeva Şuşadakı inzibati binada və Şirin su hamamında aparılan bərpa işləri ilə tanış olublar

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban xanım  Şuşa Realnı Məktəbində, Mehmandarovların malikanə kompleksində, məşhur tarzən və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evinin təmir-bərpa işləri ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazi ilə tanış olmuş , “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etmiş və  “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salmışdır.

12 may 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışında iştirak ediblər

 

 

 

Keçidlər