Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tuturdu. 5 sovxoz vardı. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min ha-dır (1986). Bunun 3,8 min ha-ı şum yeri, 0,1 min ha-ı çoxillik bitkilər, 0,3 min ha-ı biçənəklər, 16,7 min ha-ı otlaqlardır. Suvarılan torpaqlar 0,1 ha–dır. 3,4 min ha əkin sahəsinin 41% -ə dənli və dənli – paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6 % -ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə məşğul olunurdu. 5,2 min qara- mal, 15,2 min davar var (1986). Quşçuluqla məşğul olunurdu. Şərq musiqi alətləri f-ki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, Bakı "Radioqayırma" birliyinin 1 № - li istehsalı, Qarabağ ipək kombinatının sexi, elektrik şəbəkəsi, k.t. texnikası təmiri müəssisəsi və s. vardı. Kurort təsərrüfatı inkişaf etmişdir. Yevlax-Naxçıvan avtomobil yolu və qaz kəməri Şuşa. rayonundan keçirdi.

Sosial-iqtisadi göstəricilər:

- 2003-cü ilə nisbətdə 2019-cu ildə məhsul buraxılşı 9,4 dəfə, o cümlədən, kənd təsərrüfatı 10,9 dəfə, tikinti quraşdırma işləri 15,2 dəfə artmışdır;

- 2019-cu ildə 129 nəfər arıçılıqla məşğul olan istehsalçılara saxladıqları 4001 arı ailəsinə görə 40010 manat yardım edilmişdir;

- 2019-cu ilin məhsulu üçün əkilmiş 1655,1 ha buğda sahəsinin hər hektarından 20,1 sentner olmaqla 3327 ton buğda, 800,5 ha arpa sahəsinin hər hektarından 15,7 sentner olmaqla 1257 ton arpa əldə edilmişdir. 91,5 ha yemiş sahəsinin hər hektarından 98 sentner olmaqla, 897 ton yemiş, 37,5 ha qarpız sahəsinin hər hektarından 118 sentner olmaqla, 443 ton qarpız məhsulu əldə edilmiş, 103,5 ha tərəvəz sahəsinin 4 hektarından hektara məhsuldarlıq 70 sentner olmaqla 28 ton sarımsaq, 99,5 hektarından hektara məhsuldarlıq 208 sentner olmaqla 2070 ton soğan əldə edilmişdir.268 ha yonca sahəsinin hər hektarından hektara məhsuldarlıq 39 sentner olmaqla 1045 ton məhsul yığılmışdır.

- Rayonda 36,0 hektar nar bağından hektara 36,9 sentner olmaqla 133 ton nar tədarük edilmişdir.

- 2020 -ci ilin məhsulu üçün 61,3 ha sahədə xəsil əkilmişdir.

- 2020-ci ilin məhsulu üçün 2746,8 hektar sahədə payız şumu edilmişdir.

- 2020-ci ilin məhsulu üçün 1544,5 ha sahədə buğda, 949,3 sahədə arpa əkilmişdir.

- 2020-ci ilin məhsulu üçün 156 ha sahədə yaz şumu edilmişdir.

- 2020-ci ilin məhsulu üçün 111,6 ha sahədə tərəvəz əkilmişdir.

- 2020-ci ilin məhsulu üçün 5,0 ha sahədə kartof əkilmişdir.

- 2020-ci ilin məhsulu üçün 20,4 ha sahədə yonca əkilmişdir.

- 2018-ci ildə Bakı şəhəri, Binəqədi rayonunda Şuşa rayon Dövlət musiqili Dram teatrı yenidən tikilərək tamaşaçıların istifadəsinə verilmişdir;

- “Mirzələr” qış yataqlarında yaşayan kənd təsərrüfatı ilə məşğul olan 120 ailəyə qaz xətti çəkilmiş, ümumi orta məktəb binası tikilmişdir;

- Mirzələr” qış yataqlarında əkinlərin suvarılması və içməli suya təlabatın ödənilməsi məqsədilə 2018-ci ildə 1 subartezian quyusu qazılmış, 2019-cu ildə planlaşdırılan 3 quyunun 3-ündə qazma işləri qurtarmış, avadanlıqlar quraşdırılaraq 2 quyudan su verilmişdir. 1 quyuda suyun verilməsi üçün hazırda son tamamlama işləri aparılır.

- 2003-2019-cu illərdə 7 ümumtəhsil müəssisələrində cari təmir işləri aparılmış, o cümlədən 2 məktəb yeni inşa edilmiş köçkün qəsəbələrindəki məktəblərə köçürülmüşdür;

- 2003-2019-cu illərdə 2 mədəniyyət evi, 2 klub, 2 musiqi məktəbi, 2 kitabxana filialı yeni inşa edilmiş qəsəbələrdəki mədəniyyət evlərinə, musiqi məktəblərinə və kitabxanalara köçürülmüşdür;

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları:

- 14.09.2011 - Şuşa şəhər 1 nömrəli tam orta məktəbin tikintisinə Prezidentin ehtiyat fondundan RİH-ə 1,5 mln manat ayrılmışdır;

- 30.12.2012 - Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin tikintisinə Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2,2 mln manat ayrılmışdır;

- 25.12.14; 15.12.15; 01.07.2016, 12.03.18; 12.02.19 – Respublikanın digər rayonlarına, o cümlədən Şusa rayonundan olan məcburi köçkünlər üçün 8 subartezian quyusunun qazılması ilə əlaqədar Prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə vəsait ayrılmışdır;

- 05.03.2018 - 44 rayon, 88 yaşayış məntəqəsinin o, cümlədən Ağdam rayonu, “Mirzələr” qış otlağı ərazisində şuşadan olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsinin qazlaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 100.00 (yüz) milyon manat Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ayrılmışdır.

Keçidlər