Rayon haqqında
Təhsil
Şuşa rayonunun ümumi təhsil məktəbləri
№ | Məktəbin adı | Yerləşdiyi ünvan |
1 | 1 nömrəli tam orta məktəb | Bakı şəhəri , Yeni Yasamal 2, Ə.Əhmədov küç.2 |
2 | 2 nömrəli tam orta məktəb | Bakı şəhəri . Binəqədi rayonu, Naxçivani 6 |
3 | 3 nömrəli tam orta məktəb | Bakı şəhəri, Binəqədi rayonu . Biləcəri qəsəbəsi, 13 –cü küçə |
4 | 5 nömrəli tam orta məktəb | Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi |
5 | 6 nömrəli tam orta məktəb | Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi |
6 | 7 nömrəli tam orta məktəb | Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi |
7 | 8 nömrəli ümumi orta məktəb | Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “ Lokomotiv” düşərgəsi |
8 | 9 nömrəli tam orta məktəb | Bakı şəhəri, Binəqədi rayonu, Fatmai qəsəbəsi, “ Rabitəçi” düşərgəsi |
9 | 10 nömrəli tam orta məktəb | Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, “ Əlvan – metal” pansionatı |
10 | 11 nömrəli tam orta məktəb | Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “ Qağayı” düşərgəsi |
11 | 12 nömrəli tam orta məktəb | Bakı şəhəri, Xətai rayonu, Mehmandarov 76 |
12 | 15 nömrəli ümumi orta məktəb | İsmayıllı rayonu, Kökəltmə birliyi |
13 | 17 nömrəli ümumi orta məktəb | Göyçay şəhəri, Heydər Əliyev prospekti 164 |
14 | 18 nömrəli tam orta məktəb | Bərdə şəhəri, Bakı küçəsi 6 |
15 | 19 nömrəli tam orta məktəb | Bərdə rayonu, Şirvanlı kəndi |
16 | 20 nömrəli tam orta məktəb | Mingəçevir şəhəri, H.Əliyev prospekti 84/1 |
17 | 21 nömrəli ümumi orta məktəb | Ağcabədi rayonunun ərazisi, Aşağı Qarabağ Mirzələr qış yatağı |
18 | 24 nömrəli ümumi orta məktəb | Qəbələ rayonu, Zarağan kəndi |
19 | Malıbəyli kənd 1 nömrəli tam orta məktəb | Bakı şəhəri, Sabunçu rayonu, Ramana - 450 |
20 | Xankəndi tam orta məktəb | Bakı şəhəri, Sabunçu rayonu, Ramana 450 |
Məktəbdənkənar tədris müəssisələri
№ | Məktəbin adı | Yerləşdiyi ünvan |
1 | Uşaq Gənclər İdman Məktəbi | Bakı şəhəri, Sabunçu rayonu, Ramana - 450 |
2 | Uşaq Yaradıcılıq Mərkəzi | Bakı şəhəri, Sabunçu rayonu, Ramana - 450 |
Şuşa məktəblərinin 2015-ci il məzunlarının 50 faizi ali məktəblərə qəbul olmuşdur. Onlardan 7 nəfəri 500-700 arası,o cümlədən 5 nəfər 600-dən yuxarı bal toplamışdır.Şuşa rayon 19 nömrəli tam orta məktəbin məzunu Namazov Elvun Asif oğlu 638 bal toplayaraq ADA Universitetinə, 12 nömrəli tam orta məktəbin məzunu İbrahimzadə Hüseyn Akif oğlu 634 balla Azərbaycan Tibb Universitetinə, Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin məzunları Rüstəmova Səbinə Bəhruz qızı 634 balla Azərbaycan Dillər Universitetinə, Qaraşlı Fidan Mirzə qızı 611 balla Azərbaycan Dillər Universitetinə, 6 nömrəli məktəbin məzunu Qarayev Rövşən İntiqam oğlu 607 balla Bakı Dövlət Universitetinə daxil olmuşlar. 2014-2015-ci dərs ilində ayrı-ayrı nominasiyalar üzrə keçirilmiş respublika və rayon müsabiqələrində 87 şagird qalib gəlmişdir. O cümlədən, “Vətənin müdafiəsinə hazıram” respublika rəsm müsabiqəsində 12 nömrəli tam orta məktəbin VII sinif şagirdi Bayramlı Anar Emil oğlu respublika üzrə I yerə layiq görülmüşdür. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən respublika inşa yazı müsabiqəsində 9 nömrəli məktəbin X sinif şagirdi Aytən Məmmədzadə II yer tutmuşdur. Rayonun ümumtəhsil məktəblərinin şagirdləri Ümumdünya Poçt İttifaqının təşkilatçılığı ilə “Azərpoçt” MMC tərəfindən keçirilən inşa yazı müsabiqələrində də fəal iştirak etmişlər. Belə ki, Şuşa rayon 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Ruhiyyə Novruzlu 2015-ci ildə keçirilən “Biz o torpaqlara mütləq qayıdacağıq” inşa müsabiqəsində II yeri tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkil etdiyi “Vətənin pərvəri ol!” mövzusunda keçirilmiş müsabiqədə rayonumuzun məktəbliləri fəal iştirak etmiş və Fond tərəfindən Fəxri Fərmanla mükafatlandırılmışlar. Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin şagirdləri Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Qələbəyə doğru” intellekt yarışında uğurla iştirak etmiş, zona mərhələsində III yerə layiq görülmüşlər. Fevral ayında rayonun ümumtəhsil məktəblərinin IX və XI siniflərində oxuyan şagirdlərin dərs ilinin sonunda keçiriləcək buraxılış imtahanlarına hazırlıq məqsədilə “Azərbaycan dili” və “Riyaziyyat” fənlərindən sınaq test imtahanları təşkil edilmişdir. İmtahanların keçirilməsinin əsas məqsədi şagirdlərin real biliyini üzə çıxarmaq, eyni zamanda onların sual kitabçaları, cavab kartları ilə işləmək vərdişlərinin daha da zənginləşdirilməsi olmuşdur. Buraxılış imtahanlarına hazırlığın vəziyyəti və sınaq imtahanlarının nəticələri Təhsil Şurasında müzakirə olunmuşdur. 2015-ci ilin sentyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə inşa edilmiş 1 nömrəli tam orta məktəbin təntənəli açılışı olmuşdur. Açılışda “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, millət vəkilləri, idarə-müəssisə rəhbərləri iştirak etmişlər. Məktəbin açılışı pedaqoji kollektiv, şagirdlər və v alideynlər tərəfindən sevinclə qarşılanmışdır.
Şuşa rayonunda 22 ümumtəhsil, 2 məktəbdənkənar tədris müəssisəsi fəaliyyət göstərir. 2014-2015-ci tədris ilinin sonuna Şuşa rayon ümumtəhsil məktəblərində 2985 şagird təhsil almış, bunların təlim tərbiyəsi ilə 398 müəllim məşğul olmuşdur. 2014-2015-ci tədris ilində Şuşa rayon ümumtəhsil məktəblərini 139 şagird bitirmişdir. Onlardan 50 nəfər respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşdur. Qəbul olanlardan 5 nəfəri 600-dən çox bal toplamışdır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-2015-ci illərdə Şuşa rayon ümumtəhsil məktəblərindən "Əməkdar müəllim" adına layiq görülmüş müəllimlər:
1. Fərhadova Tamella Aydın qızı – 6 nömrəli məktəb- riyaziyyat müəllimi- 2004 cü il
2. Süleymanova Aidə Vəli qızı - 1 nömrəli məktəb- fizika müəllimi- 2005
3. Kazımova Firuzə Cümşüd qızı- 3 nömrəli məktəbin sabiq direktoru- 2008
4.Məmmədov Rəfail Zakir oğlu - 19 nömrəli məktəb- riyaziyyat müəllimi- 2010
5. Babayeva Sevil Həsən qızı - 1 nömrəli məktəbin sabiq direktoru-2010
6.Əliyev Təvəkkül Böyükkişi oğlu - Təhsil Şöbəsinin müdiri-2011
7.Əbdüləzimov Əyyub Şəfahət oğlu- Təhsil Şöbəsinin sabiq aparıcı məsləhətçisi – 2014
8. İbrahimova Nailə Binnət qızı- Malıbəyli kənd 1 nömrəli tam orta məktəb ibtidai sinif müəllimi- 2016
"Tərəqqi medalı" ilə təltif olunanlar:
1. Talibova Raifə Əjdər qızı - 2 nömrəli məktəb – ibtidai sinif müəllimi-2005
2. Hüseynov Yunis Rza oğlu- 1 nömrəli məktəbin sabiq direktor müavini- 2007
3. Məhərrəmova Ağgül Seymur qızı – 5 nömrəli məktəbin ingilis dili müəllimi-2009
4.Əbdüləzimova Gülşən Qafar qızı- 1 nömrəli məktəbin sabiq ibtidai sinif müəllimi- 2010
5. Kərimova Bahar Hüseyn qızı - - riyaziyyat müəllimi- 2010
6.Əbdüləzimov Əyyub Şəfahət oğlu- Təhsil Şöbəsinin sabiq aparıcı məsləhətçisi – 2013
7.Musayeva Kəmalə Hüseyn qızı- 1 nömrəli məktəb ibtidai sinif müəllimi-2018
Şuşa rayonundan 2010-2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi:
1. Süleymanova Aidə Vəli qızı - 1 nömrəli məktəb- fizika müəllimi
Azərbaycan Respublikası Prezidentinin “2011-2012-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” 15 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə aşağıda adı qeyd olunan orta məktəb məzunu Prezident təqaüdünə layiq görülmüşdür:: 1. 2 nömrəli məktəbin şagirdi Qədirli Bəhruz Adil oğlu (673bal)
2012-2013-cü dərs ilində orta məktəbi “Qızıl medal”la bitirən məzunlar:
1. Əliyeva Gültac Fikrət qızı - 2 nömrəli məktəb
2013-2014-cü dərs ilində orta məktəbi “Qızıl medal”la bitirən məzunlar:
Nəsibov Pərviz Novruz oğlu – Malıbəyli kənd 1 nömrəli məktəb
- 2016-cı ildə Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə fənn olimpiadalarının rayon mərhələsi keçirilmişdir;
- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi, şahmat və futbol yarışı keçirilmişdir; - Heydər Əliyev irsinin məktəblilərə, gənclərə dərindən öyrədilməsi məqsədi ilə ümumi təhsil məktəblərinin XI sinif şagirdlərinə “ Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial –iqtisadi inkişafının təminatçısıdır”mövzusunda dərslər təşkil olunub; - Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsində rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin Memorial Soyqırım Müzeyinə ekskursiyası təşkil olunmuşdur; - Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə şagirdlərdə vətənpərvərlik hisslərini gücləndirmək məqsədi ilə “Vətən tarixi” seminarı təşkil olunmuşdur; - Ümumi təhsil məktəblərinin VII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilmişdir; - Rayonun ümumi təhsil məktəbləri arasında “Multukulturalizm ilinə həsr olunmuş məktəb çempionatı” və “Ekoerudit” intellektual bilik yarışmaları keçirilmişdir; - “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Idarə
Heyətinin müvafiq qərarı ilə Şuşa, Xocalı və Xocavənd rayonlarının, həmçinin Xankəndi şəhərinin ümumi təhsil müəssisələrinin şagirdləri arasında şahmat açıq birinciliyi keçirilmişdir; - rayonun IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq məqsədi ilə “Azərbaycan dili” və “Riyaziyyat” fənlərindən sınaq test imtahanları təşkil edilmişdir; - Şuşa rayon Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin 70 illik yubileyi qeyd olunmuşdur; - Şuşanın işğalının ildönümü ilə əlaqədar rayonun ümumtəhsil məktəblərində inşa yazı və rəsm müsabiqəsi keçirilmişdir; - rayonunun 6 və 7 nömrəli tam orta məktəblərinin IV siniflərində şagirdlərin yazma- oxuma və hesablama vərdişlərini yoxlamaq məqsədi ilə monitorinq keçirilmişdir; - rayonunun bütün ümumi təhsil məktəblərində “Son zəng”tədbiri keçirilmişdir. 1 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng”də təhsil naziri Mikayıl Cabbarov iştirak etmişdir; - dərs ilinin sonunda ümumtəhsil məktəblərinin IX sinifləri üzrə 274 nəfər, XI sinif üzrə isə 153 nəfər şagird bitirmişdir; - IX sinifi bitirən məzunlardan 10 nəfəri “Fərqlənmə şəhadətnaməsi“ almışdır; - XI sinfi bitirən məzunlardan 94 nəfər ali məktəblərə sənəd vermişdir. 94 nəfər abituriyentdən 54 nəfəri ali məktəblərə qəbul olmuşdur; - xüsusu qabiliyyəti ilə seçilən 31 nəfər uşaq vaxtından əvvəl I sinfə qəbul edilmişdir; - yeni dərs ili ərəfəsində Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsindən 129 adda 16955 ədəd dərslik və metodik vəsait alınıb məktəblərə paylanmışdır; - Şuşa Rayon Təhsil Şöbəsinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfransda ali məktəbə daxil olan məzunlar Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışdır; - rayonun ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunmuşdur; - 2016/2017 dərs ilinin əvvəlində rayonun ümumi təhsil məktəblərində ÜM-1 hesabatı üzrə 4123 şagird olmuşdur; - rayonun ümumtəhsil məktəbləri üzrə “Vətənin pərvəri ol”, “Fövqəladə hallar uşaqların gözü ilə”, “Mən və hüquqlarım” mövzularında rəsm müsabiqələri keçirilmişdir; - “Uşaq hüquqları aylığı “çərçivəsində rayonun ümumi təhsil məktəblərində silsilə tədbirlər keçirilmişdir; - Ulu öndər Heydər Əliyevin anım günü münasıbəti ilə rayonun ümumi təhsil məktəblərinin VIII-X sinif şagirdlərinin iştirakı ilə” Nəsillərə nümunə olan şərəfli ömür yolu” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir; - Rayonun 9 nömrəli tam orta məktəbin IX sinif şagirdlərinin Azərbaycan Tarix müzeyində” Azərbaycan tarixi “fənnindən açıq dərsi keçirilmişdir; - rayonun ümumtəhsil məktəblərində IX-XI sinif şagirdlərinin iştirakı ilə “Ziya” intellektual bilik yarışması keçirilmişdir; - Azərbaycan Dövət İqtisad Universitetinin Xarici Dillər kafedrasının müəllimi Aynur Mirzəyeva Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə “nümunəvi açıq dərs” i keçirilmişdir
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsindən irəli gələn vəzifələrin həlli Şuşa rayonunun ümumi təhsil məktəb müəllimləri qarşısında duran ən mühüm məsələlərdəndir. Dövlət Strategiyasının əsas istiqamətlərinin həyata keçirilməsi ilə bağlı son dövrlər bir sıra qərarlar qəbul olunmuşdur ki, bunların da içərisində möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Müəllimlərin maddi şəraitini yaxşılaşdırmaq məqsədi ilə verilən bu Sərəncama müvafiq olaraq diaqnostik qiymətləndirmədən keçmiş rayonunun 365 təhsil işçisinin də əmək haqqı 2017-ci ilin yanvar ayından artırılmışdır ki, bu da ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsinə şərait yaratmışdır.
2017-ci ildə Təhsil Nazirliyi tərəfindən məktəblilərin fənn olimpiadaları təşkil edilmişdir. Fənn olimpiadalarının ilk iki mərhələsində suallar siniflər üzrə respublika münsiflər heyəti tərəfindən məktəb proqramına uyğun qapalı test formasında hazırlanmışdır. Fənn olimpiadalarının I (rayon) mərhələsində 82 nəfər şagird iştirak etmişdir. Onlardan 14 nəfəri uğur qazanaraq II (respublika) mərhələnin yarımfinal turunda çıxış etmək hüququ qazanmışdır.
Mart ayında Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəblilər arasında riyaziyyat, fizika, kimya və biologiya üzrə fənn müsabiqələri keçirilmişdir. Fənn müsabiqələrinin I mərhələsində rayonun
ümumi təhsil məktəblərinin VI, VII siniflərindən 69 nəfər şagird iştirak etmiş, onlardan 14 nəfəri final mərhələsinə vəsiqə qazanmışdır.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 – cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində rayonun ümumtəhsil məktəblərinin IX – XI sinif şagirdləri iştirak etmişdir. Müsabiqənin məktəb mərhələsinin qalibi olmuş 18 şagird rayon turunda iştirak etmək hüququ qazanmışdır. 7 nömrəli tam orta məktəbin X sinif şagirdi Könül Ələkbərli rayon turunda da uğurla iştirak edərək I yerə layiq görülmüş və müsabiqənin respublika mərhələsində rayonumuzu təmsil edərək III yeri tutmuşdur.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.05.2015-ci il tarixli 535 nömrəli əmrinə müvafiq olaraq rayonuun ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdlərinin iştirakı ilə 11 fevral 2017-ci il tarixdə Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilmişdir. Müsabiqədə 38 nəfər şagird iştirak etmiş, onlardan 1 nəfər- 6 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ağayeva Firuzə Vahid qızı I yerə layiq görülərək respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır.
“Fövqəladə hallar uşaqların gözü ilə “ müsabiqəsində rayonun ümumi təhsil məktəbləri üzrə 10 nəfər şagird iştirak etmiş, onlardan 1 nəfər – 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fərhadova Südabə Fərhad qızı respublika mərhələsində həvəsləndirici yerə layiq görülmüşdür.
IV İslam oyunlarının təbliğinə həsr olunmuş rəsm müsabiqəsində 12 nömrəli tam orta məktəbin IX sinif şagirdi Bayramlı Anar Emil oğlu zona mərhələsində II yerə layiq görülmüşdür.
Dərs ilinin sonunda IX siniflər üzrə 266 nəfər ümumi orta təhsil haqqında attestat, XI siniflər üzrə isə 125 nəfər məzun tam orta təhsil haqqında attestat almışdır. XI sinfi əla qiymətlərlə bitirən 12 nəfər məzun fərqlənmə attestatına layiq görülmüşdür.
XI sinfi bitirən məzunlardan 94 nəfər ali məktəblərə sənəd vermişdir. 94 nəfər abituriyentdən 62 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşdur ki, bu da sənəd verənlərin 65%-ni təşkil edir. Əvvəlki illərlə müqayisədə bu ən yüksək nəticədir.
Rayon üzrə 5 nəfər ötən illərdən qalan məzun eksternat qaydada imtahan verərək tam orta təhsil haqqında attestat almışdır.
“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiq edilməsi barədə Təhsil Nazirliyinin müvafiq əmri də bu sahədə atılan mütərəqqi addımlardandır. Qeyd olunan əmrin icrası məqsədilə RTŞ- də 5 nəfərdən ibarət komissiya yaradılımış, 16 sentyabr-31 dekabr 2011-ci il tarixlərdə anadan olmuş uşaqlarla müsahibə keçirilmiş , 11 nəfər xüsusi qabiliyyəti ilə seçilən usaq vaxtından əvvəl I sinfə qəbul edilmişdir.
Dərs ilinin sonunda məktəblərdə tədris –maddi bazanın vəziyyəti öyrənilmiş və ehtiyacı olan məktəblərə lazımi köməkliklər göstərilmişdir. Belə ki, yeni dərs ili ərəfəsində 53 adda 12000-dən artıq dərslik və metodik vəsaitlər alınmış və məktəblərə çatdırılmışdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilən 410 dəst məktəbli forması aztəminatlı ailələrin övladlarına paylanmışdır.
2017- ci ilin sentyabr ayının 15-də rayonun bütün ümumtəhsil məktəblərində “Bilik Günü” qeyd olunmuşdur. 2017-2018-ci tədris ilində rayon üzrə 21 ümumi təhsil məktəbi ,2 məktəbdənkənar müəssisə fəaliyyət göstərib. Ümumi təhsil məktəblərində ÜM-1 hesabatı üzrə 4216 şagird təhsil alıb.
Rayonun ümumi təhsil məktəblərində “Mən və hüquqlarım” mövzusunda respublika rəsm müsabiqəsi keçirilmişdir. Həmin müsabiqədə Şuşa rayon 8 nömrəli ümumi orta məktəbin IX sinif şagirdi Minayə Cəfərova respublika mərhələsində də fərqlənərək diplom və hədiyyələrlə mükafatlandırılmışdır.
2018-ci ildə Təhsil Nazirliyi tərəfindən məktəblilərin fənn olimpiadaları təşkil edilmişdir. Fənn olimpiadalarının ilk iki mərhələsində suallar siniflər üzrə respublika münsiflər heyəti tərəfindən məktəb proqramına uyğun qapalı test formasında hazırlanmışdır. Fənn olimpiadalarının I (rayon) mərhələsində
91 nəfər şagird iştirak etmişdir. Onlardan 12 nəfəri uğur qazanaraq II (respublika) mərhələnin yarımfinal turunda çıxış etmək hüququ qazanmışdır. May ayında keçirilən fənn olimpiadalarının respublika mərhələsində Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Quliyev Vüqar Əli oğlu riyaziyyat fənni üzrə III yerə, 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Gülay Qurbanova coğrafiya fənni üzrə həvəsləndirici yerə layiq görülmüşdür.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 – ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində rayonun ümumtəhsil məktəblərinin IX – XI sinif şagirdləri iştirak etmişdir. Müsabiqənin məktəb mərhələsinin qalibi olmuş 18 şagird rayon turunda iştirak etmək hüququ qazanmışdır. 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Zeynəb Xankişiyeva rayon turunda da uğurla iştirak edərək I yerə layiq görülmüş və müsabiqənin respublika mərhələsində rayonumuzu təmsil edərək diplom və hədiyyələrlər qazanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə keçirilən “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində rayonumuzun 20 nəfər məktəblisi mart ayında respublikanın şimal bölgələrində olmuş, ölkəmiz haqqında biliklərini genişləndirmiş, doğma vətənimizi daha dərindən tanımaq imkanı qazanmışlar.
Xocalı soyqırımının 26-ci ildönümü ərəfəsində tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilən fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiyası təşkil olunmuşdur.
Fevral ayında rayonun ümumi təhsil məktəbləri üzrə “Təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin seçim turu keçirilmişdir. Pedaqoji mühazirələrin rayon mərhələsində 2 ən yaxşı məruzə müəyyənləşdirilərək ölkə üzrə seçimlərə təqdim edilmişdir.
Yanvar ayında rayonuun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə təhsil şöbəsində “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilmişdir. Müsabiqədə 22 nəfər şagird iştirak etmiş, onlardan 1 nəfər- 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Əsədli Nərgiz Maqsud qızı I yerə layiq görülərək respublika mərhələsində iştirak etmək hüququ qazanmışd
Təhsil şöbəsi tərəfindən aprel –may aylarında rayonun 15,17,21 və 24 nömrəli məktəblərində monitorinqlər keçirilmiş, tədrisin keyfiyyəti vəziyyəti yoxlanılmışdır.
May ayında rayonun bütün ümumi təhsil məktəblərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilmiş, “İstiqlal” və “Tarix”muzeylərinə ekskursiyalar təşkil edilmişdir.
May –iyun aylarında müəllimlərin diaqnostik qiymətləndirilməsinin növbəti mərhələsi keçirilib. Rayon üzrə diaqnostik qiymətləndirilmədə 70 nəfər müəllim iştirak edib.
İyun ayında rayonun ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında riyaziyyat, kimya , biologiya ,fizika və informatika fənləri üzrə IV Respublika Fənn müsabiqəsinin birinci mərhələsi keçirilib. Müsabiqədə 59 nəfər şagird iştirak etmiş, onlardan 4 nəfəri respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır.
IX sinfi bitirən 311 nəfərdən 4 nəfəri ümumi orta təhsil haqqında Fərqlənmə attestatına layiq görülmüşdür.
XI sinfi bitirən 158 nəfərdən 1 nəfər tam orta təhsil haqqında Fərqlənmə attestatına layiq görülmüşdür.
XI sinfi bitirən məzunlardan 118 nəfər ali məktəblərin I-IV qruplarına, o cümlədən 44 nəfər I ixtisas qrupuna, 30 nəfər II ixtisas qrupuna, 38 nəfər III ixtisas qrupuna, 6 nəfər IV ixtisas qrupuna sənəd vermişdir. I-IV qruplara sənəd verən 118 nəfər abituriyentdən 63 nəfəri ali məktəblərə qəbul olmuşdur ki, bu da sənəd verənlərin 53.3 %-ni təşkil edir.
Ali məktəblərə qəbul olanlardan 9 nəfər 500-700 arası bal , 32 nəfər isə 300-500 arası bal toplamışdır.
2018- ci ilin sentyabr ayının 15-də rayonun bütün ümumtəhsil məktəblərində “Bilik Günü” qeyd olunmuşdur. Sentyabrın 17-də rayonun ümumi təhsil məktəblərində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan” V-IX siniflərdə “Dövlət rəmzləri- müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti- dövlətçiliyimizin bayraqdarı” mövzularında keçirilib.
2018-2019-cu tədris ilində rayon üzrə 21 ümumi təhsil məktəbi ,2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Ümumi təhsil məktəblərində ÜM-1 hesabatı üzrə 4534 şagird təhsil alır.
“Fövqəladə hallar uşaqların gözü ilə “ müsabiqəsində rayonun ümumi təhsil məktəbləri üzrə 12 nəfər şagird iştirak etmiş, onlardan 2 nəfər – 1 nömrəli tam orta məktəbin IV sinif şagirdi Həsənzadə Çingiz Pərviz oğlu respublika mərhələsində II yerə, Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Əliyeva Cəmilə Zaur qızı isə həvəsləndirici yerə layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə keçirilən “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində rayonumuzun 20 nəfər məktəblisi noyabr ayında respublikanın bölgələrində olmuş, ölkəmiz haqqında biliklərini genişləndirmiş, doğma vətənimizi daha dərindən tanımaq imkanı qazanmışlar.
Şagirdlərə vətənpərvərlik hisslərini daha da aşılamaq məqsədilə rayonun ümümi təhsil məktəblərində hərbiçilərlə - Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə “Azərbaycan Bayrağı Ordenli” polkovniklər Xətai Baxışov, Hikmət Ağayev, Əjdər Qurbanov, Qarabağ muharibəsinin fəal iştirakçısı Azay Kərimov, 3 nömrəli tam orta məktəbdə aprel döyüşləri zamanı qəhrəmancasına döyüşən Kamil Musəvi ilə görüşlər keçirilmişdir.
2019-cu ildə Təhsil Nazirliyi tərəfindən məktəblilərin fənn olimpiadaları təşkil edilmişdir. Fənn olimpiadalarının ilk iki mərhələsində suallar siniflər üzrə respublika münsiflər heyəti tərəfindən məktəb proqramına uyğun qapalı test formasında hazırlanmışdır. Fənn olimpiadalarının I (rayon) mərhələsində 80 nəfər şagird iştirak etmişdir. Onlardan 11 nəfəri uğur qazanaraq II (respublika) mərhələnin yarımfinal turunda çıxış etmək hüququ qazanmışdır. Final mərhələsində isə 1 nəfər –Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Quliyev Vüqar Əli oğlu riyaziyyat fənni üzrə “Qızıl medal”a layiq görülüb.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 – ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində rayonun ümumtəhsil məktəblərinin IX – XI sinif şagirdləri iştirak edib. Müsabiqənin məktəb mərhələsinin qalibi olmuş 21 şagird rayon turunda iştirak etmək hüququ qazanıb. 9 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ülkər Məmmədova rayon turunda da uğurla iştirak edərək I yerə , müsabiqənin respublika mərhələsində isə III yerə layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə keçirilən “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində rayonumuzun 20 nəfər məktəblisi mart ayında respublikanın şimal bölgələrində olmuş, ölkəmiz haqqında biliklərini genişləndirmiş, doğma vətənimizi daha dərindən tanımaq imkanı qazanmışlar.
Fevral ayında rayonuun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə təhsil şöbəsində “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib. Müsabiqədə 24 nəfər şagird iştirak etmiş, onlardan 1 nəfər- Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin X sinif şagirdi İmanova Məryam Rəfail qızı I yerə layiq görülərək respublika mərhələsində iştirak etmək hüququ qazanıb. Respublika mərhələsində isə IV yerə layiq görülüb.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 fevral F-98 nömrəli əmrinə müvafiq olaraq təhsil şöbəsində “Pedaqoji mühazirə”lərin rayon mərhələsi keçirilib. Rayon mərhələsinə təqdim olunmuş 38 mühazirədən 2 nəfərin – 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəzirova Təranə Ənvər qızının “Şagird şəxsiyyətinin formalaşdırılmasında mütaliənin rolu və əhəmiyyəti”, 10 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi İbrahimzadə Saleh Talıb oğlunun
“Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzularında yazdıqları mühazirələri daha yüksək səviyyədə işləndiyi üçün qalib hesab edilərək respublika mərhələsinə göndərilib.
Mart ayında rayonun 1,6 , Malıbəyli kənd1 və Xankəndi şəhər 4 nömrəli tam orta məktəblərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Cümhuriyyətin işıgında “ adlı intellektual turnir təşkil olunub. Qalib komandalar mükafatlandırılb və layihənin rəhbəri Ayxan Əhmədzadə şagirdlərə uğurlar arzulayıb.
Şuşa Rayon Təhsil Şöbəsinin 28 mart 2019-cu il tarixli 25 nömrəli əmrinə müvafiq olaraq aprel ayında rayonun 2,6,7,8,10,11,12,17 və 20 nömrəli məktəblərində tədrisin keyfiyyəti vəziyyətini yoxlamaq məqsədilə monitorinq keçirilib, nəticələri şura iclasında müzakirə olunub.
Aprel ayının 24-də Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə rayonun ümumi təhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Gəlin birgə oxuyaq” şüarı altında rayon tədbiri keçirilib.Tədbirdə Təhsil Nazirliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin əməkdaşları iştirak ediblər.
Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəciklər, tamaşalar, musiqili kompozisiyalar təqdim ediblər.
Sonda şagirdlər “Oxu günü” nə həsr olunmuş fləşmob keçiriblər.
May ayının 15-də Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə rayonun ümumi təhsil məktəblərin şagirdlərinin iştirakı ilə “Nəsimi ili”nə həsr olunmuş regional məktəb çempionatı keçirilib. Rayon mərhələsində fərqlənən komanda respublka mərhələsində də uğurla iştirak edib.
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı , Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilmiş "Gənc xilasedici və yanğınsöndürən" yarışlarının zona mərhələsində Şuşa rayon 19 nömrəli tam orta məktəbin komandası I yerə layiq görülüb. Komandaya mərkəz tərəfindən Fəxri Fərman təqdim olunub.
Dərs ilinin sonunda rayonun ümumi təhsil məktəblərinin IX siniflərini 266, XI siniflərini isə 143 nəfər məzun bitirib.XI sinfi bitirən məzunlardan 124 nəfəri ali məktəblərə sənəd verib.
IX sinfi bitirən 266 məzundan 6 nəfəri ümumi orta təhsil haqqında Fərqlənmə attestatına layiq görülüb.
XI siniflər üzrə 1 nəfər şagird tam orta təhsil haqqında Fərqlənmə attestatına layiq görülüb.
XI sinfi bitirən məzunlardan 124 nəfər ali məktəblərin I-V qruplarına, o cümlədən 32 nəfər I ixtisas qrupuna ,20 nəfər II ixtisas qrupuna ,64 nəfər III ixtisas qrupuna, 6 nəfər IV ixtisas qrupuna, 2 nəfər V ixtisas qrupuna sənəd vermişdir. Onlardan 57 nəfəri ali məktəblərə qəbul olub.
2019- cu ilin sentyabr ayının 16-da rayonun bütün ümumtəhsil məktəblərində “Bilik Günü” qeyd olunmuşdur. 2019-2020-ci tədris ilində rayon üzrə 21 ümumi təhsil məktəbi ,2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Ümumi təhsil məktəblərində ÜM-1 hesabatı üzrə 5166 şagird təhsil alır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.08.2019-cu il tarixli, F-531 nömrəli əmrində 2019-2020-ci dərs ili ərzində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli, F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və bir sıra digər əlavə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
“Fövqəladə hallar uşaqların gözü ilə “ müsabiqəsində rayonun ümumi təhsil məktəbləri üzrə 10 nəfər şagird iştirak etmiş, onlardan 2 nəfər – 1 nömrəli tam orta məktəbin V sinif şagirdi Yasinova Mədinə Məcid qızı respublika mərhələsində I yerə, 10 nömrəli tam orta məktəbin III sinif şagirdi Həsənli Səma Emin qızı isə II yerə layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə keçirilən “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində rayonumuzun 20 nəfər məktəblisi noyabr ayında respublikanın
şimal bölgəsində olmuş, ölkəmiz haqqında biliklərini genişləndirmiş, doğma vətənimizi daha dərindən tanımaq imkanı qazanmışlar.
Noyabr ayında Şuşa Rayon Təhsil Şöbəsinin əməkdaşları tərəfindən Təhsil Nazirliyinin 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrinin 4.2 və 4.3 bəndlərinə müvafiq olaraq seçmə yolla rayonun 3,6,7,8, 9 nömrəli məktəblərinin IV, IX və XI siniflərində şagirdlərin xarici dil bacarıqlarının proqram tələblərinə uyğunluğunun, eləcə də fənn müəllimlərinin elmi-nəzəri və metodiki cəhətdən peşəkarlıq səviyyəsi, eyni zamanda ibtidai siniflərdə şagirdlərin oxu, yazı və riyazi bacarıqlarının yoxlanılması məqsədilə monitorinq keçirilib.
Şuşa rayonunun ümimi təhsil məktəblərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 iyul 2019-cu il tarixli, F-408 nömrəli əmrlə təsdiq edilmiş Tədbirlər Planının 5-ci bəndinin icrası ilə əlaqədar “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib.
22 noyabr 2019-cu ildə Şuşa Rayon Təhsil Şöbəsində rayonun ümumi təhsil məktəblərinin VIII –XI sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya-insanlığın bəlasıdır” mövzusunda inşa yazı müsabiqəsinin rayon mərhələsi keçirilib.
Şuşa rayon 7 nömrəli tam orta məktəbdə rayonun ümumi təhsil məktəb şagirdlərinin iştirakı ilə “Yol hərəkəti qaydalarının ən yaxşı bilicisi” müsabiqəsi keçirilib.
Müsabiqədə təhsil şöbəsinin əməkdaşları və Şuşa rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi, polis mayoru İlqar Hümbətov iştirak edib.
Şuşa rayonunun ümumi təhsil məktəblərinin şagirdlərindən ibarət 13 komanda mübarizə aparıb və I yerə 7 nömrəli məktəbin “Sürücülər” komandası, II yerə 1 nömrəli məktəbin “Sayrışan işıqlar” komandası və III yerə isə 8 nömrəli məktəbin “Radar” komandası qalib gələrək diplomla təltif olunublar.
Noyabrın 20-də Şuşa Rayon Təhsil Şöbəsində pedaqoji fəaliyyətə yeni başlayan gənc müəllimlərlə görüş keçirilib.
Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev gənc müəllimləri salamlayaraq onları işə qəbul olunmaları münasibəti ilə təbrik edib, müsabiqədə yüksək bal toplamalarını müsbət hal kimi qiymətləndirib.
02 dekabr 2019-cu il tarixdə Şuşa rayonunun ümumi təhsil məktəblərinin V və VI sinif şagirdləri arasında “İstedadlarımızı tanıyaq” adlı riyaziyyatdan bilik yarışı keçirilib.
10 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Saleh İbrahimzadənin təşkilatçılığı ilə keçirilən bilik yarışında təhsil şöbəsinin əməkdaşları, riyaziyyat müəllimləri və şagirdlər iştirak ediblər.
I, II və III yerə çıxan şagirdlər diplomla təltif olunublar.
Dekabrn 19-da Şuşa Şəhər 1 nömrəli tam orta məktəbdə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Cahana sığmayan mütəfəkkir” adlı rayon tədbiri keçirilib.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, idarə, müəssisə rəhbərləri, şagirdlər və valideynlər iştirak edib.
Tədbirdə rayonun 1, 3, 6, 9, 10, 12, Malıbəyli kənd 1, Xankəndi şəhər 4 nömrəli və Quşçular kənd tam orta məktəblərin şagirdlərin ifasında Nəsiminin şeir və qəzəlləri, səhnəciklər, sözlərinə yazılmış mahnılar, ”Nəsimi” filmindən parçalar təqdim olunub.