Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə

Kərim Bəy Mehmandarov adına Şuşa Mərkəzi Rayon Xəstəxanası Şuşa Mərkəzi Rayon Xəstəxanası (MRX) əsası, 1834-cü ildə İbrahimxəlil xanın qızı Gövhərağa (Gövhər Nisə) Cavanşir tərəfindən inşa etdirilmiş «Aşağı Gövhərağa məscidi »ndə yaradılmış müalicəxanadan başlamışdır. Onun tərəfindən 1864- cü ildə xəstəxana təbibi vəzifəsi təsis edilmiş və ona məvacib təyin olunmuşdur. Daha sonra Çar höküməti tərəfindən Qarabağ üzrə Şuşa şəhərində 1847-ci ildə tibb məntəqəsi yaradılmışdır. 1902-ci ildə Şuşada şəhər xəstəxanası tikilmişdir.1909-cu ildə isə artıq Şuşada 60 çarpayısı olan 2 xəstəxana fəaliyyət göstərirdi. 1918-1920-ci illərdə Xalq Xəstəxanası adlandırılmış xəstəxanada çarpayıların sayı 100-ə çatdırılmışdır. Sovet dönəmində 1920-ci ilin may ayından Şuşa şəhərində Xalq Səhiyyə Komissarlığı tabeliyində Qarabağ Fövqalədə Komitəsinin Səhiyyə şöbəsi yaradılmışdır.1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması ilə Şuşa qəza şəhəri olmaqla bütün sahələr kimi səhiyyə sahəsində də tənəzzülə uğramış, çarpayıların sayı azalaraq 10 çarpayı həddinə düşmüşdür. 1930-cu ildə Şuşa rayon statusu aldıqdan sonra rayon səhiyyə şöbəsi təşkil edilmiş,tədricən .şəhərdə xəstəxanalar və kənd tibb müəssisələri şəbəkəsi yaradılmışdır. 1950-ci illərin sonunda müalicə müəsissələri Sanitar Xəstəxana Birliyində mərkəzləşmişdir. 1964-cü ildə Rayon Səhiyyə Şöbəsi və Sanitar Xəstəxana Birliyi ləğv edilərək əvəzində Mərkəzi Rayon Xəstəxanası yaradılmışdır , 1965-ci ildə Şuşa Mərkəzi Rayon Xəstəxanasına əslən şuşalı1877-ci ildə Peterburq Tibb Cərrahlıq Akademiyasını bitirmiş və 1895-ci ildən 1929-ci ilə qədər Şuşa qəzasında həkim işləyən, Azərbaycanda elmi cərrahlığın bünövrəsini qoyanlardan olan ilk ali təhsilli azərbaycanlı həkimlərdən biri Əbdülkərimbəy Mustafa bəy oğlu Mehmandarovun adı verilmişdir.8 may 1992-ci ildə Şuşa rayonunun işğalına qədər rayonun səhiyyə müəssisələri aşağıdakı strukturda olmuşdur.

1.Şuşa Mərkəzi Rayon Xəstəxanası - 200 çarpayı gücündə 2.Şəhər poliklinikası 3.Stomatoloji poliklinika 4.Sanitar-Epidemioloji Stansiya 5.Təcili tibbi yardım stansiyası 6.Tibb məktəbi 7.Təsərrüfat hesablı profilaktiki dezinfeksiya şöbəsi 8.Mərkəzi Rayon Apteki və 5 aptek şəbəkəsi 9.Şuşa şəhərində X.B.Natəvan adına Respublika İxtisaslaşdırılmış uşaq sanatoriyası 250 çarpayılıq 10.Böyük Qaladərəsi Kənd Sahə Xəstəxanası 10 çarpayılıq 11.Quşçular Kənd Həkim Ambulatoriyası 12. Malıbəyli Kənd Həkim Ambulatoriyası kompleksi və birinci mərtəbəsi inşa olunmuş 50 çarpayılıq Kənd Sahə Xəstəxanası 13. Turşsu Kənd Həkim Ambulatoriyası 14. Xanalılar Kənd Həkim Ambulatoriyası 15. Xəlifəli Kənd Həkim Ambulatoriyası 16. Çaykənd Kənd Həkim Ambulatoriyası 17. Daşaltı Kənd Həkim Ambulatoriyası 18. Allahqullar Feldşer-Mama Məntəqəsi 19.Qaybalı Feldşer-Mama Məntəqəsi 20.Qaladərəsi Feldşer-Mama Məntəqəsi 21.Zarıslı Feldşer-Mama Məntəqəsi 22.Səfixanlar Feldşer-Mama Məntəqəsi 23.Şırlan Feldşer-Mama Məntəqəsi 24.Göytala Feldşer-Mama Məntəqəsi 25.Xanlıqpəyə Feldşer-Mama Məntəqəsi

Həmin 30 səhiyyə müəssisələrində çalışan işçilərin sayı 559 nəfər,onlardan həkimlər 96 nəfər,orta tibb işçiləri 237 nəfər olmuşdur.

Şuşa rayonunun işğalından sonra fəaliyyətdə olan tibb müəssisələri:

Şuşa Mərkəzi Rayon Xəstəxanasının poliklinika hissəsi Şuşa rayon Malıbəyli kənd Həkim tibb məntəqəsi -hal- hazırda Bakı şəhəri Ramana 450 qəsəbəsində yerləşir.Şuşa rayon Quşçular kənd Həkim tibb məntəqəsi- Bakı şəhəri Pirşağı qəsəbəsində Gilavar sanatoriyasında yerləşir.Şuşa rayon Xanalılar kənd Həkim tibb məntəqəsi və Allahqullar kənd tibb məntəqəsi - Ağdam rayonu ərazisində Mirzələr qış yataqlarında yerləşir.Hal-hazırda Şuşanın tibb müəssisələrində 152 nəfər çalışır. Onlardan 47 nəfəri həkim, 75 nəfəri isə orta tibb işçiləridir.Şuşa Mərkəzi Rayon Xəstəxanası 1993-cü ildən Bakı şəhəri, Ə.Əhmədov (keçmiş Talıblı küç.) küçəsi 26 ünvanında yerləşir. Telefon: 432-73-05.Baş həkimi Məhərrəmov Ramiq İdris oğludur.

Şuşa kurortu haqqında.

Şuşa kurortunun əsas-ci ildə yaradlmış çarpayılıq istirahət evindən başlanmışdır. Əsasən 1941-1945 -ci il Böyük vətən müharibəsindın sonra inkişaf edib, 1968-ci ildə 15 korpusda 400 çarpayısı olan mehmanxana ponsionat səviyyəsinə çatdırılmışdır. 1970-ci ildən ponsionatın bir hissəsi dağ iqlim sanatoriyasına çevrilmişdir. 1969-cu ildə “Narzan” tipli karbohidratlı Şırlan mineral suyu 30 km. məsafədən çətin dağ yolları ilə Şuşa şəhərinə gətirilmişdir. Bu həmin vaxt üçün ən uzaq məsafədən gətirilən mineral su kəməri idi. Beləliklə Şuşa kurortunda tənəffüs yolları xəstəlikləri. Sinir-əsəb xəstəlikləri, maddələr mübadiləsinin xəstəlikləri, qan azlığı ilə yanaşı mədə-bağırsaq xəstəliklərinin müalicəsi də mümkün olmuşdur.

Şuşa şəhərinin işğalı ərəfəsində sanator-kurort birliyi binalarının sayı 18 olmuşdur. Burada 316 yerlik Şuşa istirahət evi və 1000 yerlik ümumittifaq əhəmiyyətli sanatoriyanın 6 yataq korpusu , mualicə korpusu, 400 yerlik yeməkxana və s.

Şuşa şəhərində ixtisaslaşdırılmış respublika uşaq sanatoriyası. Təməli 1939-cu ildə qoyulmuşdur. Orta illik çarpayılarının sayı 250 olsa da yay mövsümündə əlavə çarpayılar və yay yeməkxanası açılırdı. Bu müalicə ocağında hər il 800-1000 vərəmli uşaq müalicə alırdı.

Şuşa turist bazası 1970-ci ildə müstəqil fəaliyyətə başlayıb. 1970-ci ildə əsas korpusu 130 çarpayı olan “Şəfa” turist bazasına çevrilib. Əlavə 6 kottec quraşdırılıb və turist bazası əvvəllər il ərzində 6000 nəfər turist qəbul edirdisə sonra turistlərin illik sayı 11-12 min nəfərə çatmışdır. Təlabatı nəzərə alan respublika rəhbərliyi 1990-cı ildə əlavə 200 yerlik korpus inşa etdirmişdir. Dağlıq Qarabağ hadisələrinin başlanması turist gəlişlərini dayandırmışdır.

1984-cü ildə Şuşa Səyahətlər və Ekskursiyalar bürosu fəaliyyətə başlamışdır.

1990-cı ildə Zamanpəyə kəndi yaxınlığında 8 kottecdən ibarər 120 nəfərlik “Soyuqbulaq” turist bazası açılmışdır. Burada ailəvi istirahət üçün də münasib şərait yaradılmışdır.

“Qarabağ” mehmanxanası 9 mərtəbəli, 100 yerlik.

Azərsənayetikinti istehsalat birliyinin “Dağlıqqarabağ sənayetikinti” layihə birliyinin “Qonaq evi-mehmanxa”na (Ulu öndər Heydər Əliyev 1982-ci ildə Şuşaya gələrkən orada qalmışdır).

Şuşa şəhərində respublika meşə-sağlamlıq məktəbi (100 yerlik).

17 pionerlərin yay istirahət düşərgəsi. Onlardan dördü özlərinə məxsus əsaslı binalarda yerləşirdi :

Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyi işçilərinin uşaqları üçün yay istirahət düşərgəsi 2 yanaşı üç mərtəbəli korpusunda 300 uşaq üçün;

“Qaqarin” adına DQ Vilayət pionerlərin yay istirahət düşərgəsi 8 yanaşı bir mərtəbəli korpusunda 160 uşaq üçün;

“Dostluq” vilayət kommunal təsərrüfat işçilərinin uşaqları üçün pionerlərin yay istirahət düşərgəsi 2 korpusunda 120 uşaq üçün;

Şuşa uşaqların yay idman düşərgəsi.

Keçidlər