Rayon haqqında
Milli Qəhrəmanlar
Qəmbərov Ramiz Bulud oğlu - Şuşa özünümüdafiə batalyonunun komandiri, Qarabağ müharibəsi döyüşçüsü, Azərbaycanın Milli Qəhrəmanı (1962 -1992)
Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur.O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratmış və bu batalyonun başçısı olmuşdur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılmış və bu döyüşdə cəsur komandir ağır yaralanmışdır. Bir gün sonra, 30 aprel 1992-ci ildə o, dünyasını dəyişmişdir.
- Atası: Qəmbərov Bulud Bayramqulu oğlu Bakı şəhərində vəfat etmişdir.
- Anası:Qəmbərova Səkinə Bəhrəm qızı 1936 – cı ildə anadan olmuşdur. Bakı şəhəri ,Yeni Yasamal – 1,ev 14, mənzil 185 ünavında qeydiyyatdadır.Milli Qəhrəman anası olduğuna görə həmin ev dövlət tərəfindən ona verilmişdir. Ancaq həmin evdə başqa məcburi köçkün ailəsi məskunlaşdığına görə faktiki olaraq Bakı şəhəri,Yeni Yasamal-1, ev 14, mənzil - 148- də yaşayır.
Milli qəhrəman Ramiz Qəmbərov ailəli olmamışdır.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Teymurov Rizvan Rəhman oğlu – Qarabağ müharibəsi döyüşçüsü, Azərbaycanın Milli Qəhrəmanı (1967-1991)
Teymurov Rizvan Rəhman oğlu 1962-ci il 16 aprel tarixində Şuşa rayonunun Quşçular kəndində anadan olmuşdur. Şuşa Rayon Polis şöbəsində polis nəfəri kimi çalışmışdır. 1991–ci ilin dekabr ayının 9-da Əsgəran rayonunun Kərkicahan kəndində gedən döyüşlərdə həlak olmuşdur.
- Atası: Teymurov Rəhman Heydər oğlu 1937-ci ildə anadan olmuş, 2013-cü ildə Bakı şəhərində vəfat etmişdir.
- Anası:Teymurova Zərifə Rəhim qızı 1937-ci ildə anadan olmuş, 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Temurov Rizvan ailəli olmamışdır.
Teymurov Rizvanın valideyinlərinin daimi qeydiyyatda olduqları Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi -54 ünvanındakı 57 saylı mənzil Daxili İşlər Nazirliyinin qərarı ilə onlara verilmişdir.
Azərbaycan Republikası Prezidentinin 8 oktyabr 1992 –ci il tarixli 264 saylı fərmanı ilə Teymurov Rizvan Rəhman oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Hüseynov Sadıq Dayandur oğlu - Qarabağ müharibəsi döyüşçüsü, Azərbaycanın Milli Qəhrəmanı (1961-1992)
Hüseynov Sadiq Dayandur oğlu – 29.08.1961-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuşdur. 29.03.1992-ci ildə Qarabağ müharibəsi zamanı yaralanmış, 13.04.1992-ci ildə vəfat etmişdir.
- Atası: Hüseynov Dayandur Əmirxan oğlu 1998-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində vəfat etmişdir.
- Anası: Hüseynova Qönçə Nağı qızı – 2006-cı ildə Ağcabədi rayonunda vəfat etmişdir.
- Həyat yoldaşı:Bəşirova Nəzakət Sabir qızı 1972-ci il sentyabrın 7-də anadan olmuşdur. 28 dekabr 1990 – cı ildə ailə qurub və bir övladı var.
Hal – hazırda Bakı şəhəri,Nərimanov rayonu,Malik Məmmədov küçəsi 17 B №-li ünvanda qeydiyyatdadır.
Azərbaycan Republikası Prezidentinin 8 oktyabr 1992 - ci il tarixli fərmanı ilə Hüseynov Sadiq Dayandur oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Məmmədov Nizami Murad oğlu - Qarabağ müharibəsi döyüşçüsü, Azərbaycanın Milli Qəhrəmanı (1958-1992)
Məmmədov Nizami Murad oğlu 12.01.1958-ci ildə Xankəndində anadan olmuşdur. 1990-cı ildə Şuşa Rayon Polis İdarəsində növbətçi hissədə polis serjanti işləmişdir. Qarabağ müharibəsi zamanı döyüşlərin birində həlak olmuşdur.
- Atası: Məmmədov Murad Musa oğlu 1938-ci ildə Şuşa rayonunun Şırlan kəndində anadan olmuş, 2002-ci ildə Bakı şəhərində vəfat etmişdir.
- Anası: Səmədova Xanış İsmayıl qızı 1937-ci ildə Şırlan kəndində anadan olmuşdur. Hal-hazırda Binəqədi rayonu, Biləcəri qəsəbəsi,ev-2, mənzil 28-də yaşayır.
- Həyat yoldaşı: Məmmədova Qönçə Şura qızı 27.03.1959-cu ildə anadan olmuşdur. 1984-86-87 təvəllüdlü 3 övladı var. Məmmədov Nizami Murad oğlunun həyat yoldaşı hal-hazırda qaynı Məmmədova Rövşən Murad oğlunun 5 – nəfər ailə üzvü ilə birgə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ev-2, mənzil 28-də yaşayırlar.
Azərbaycan Republikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı iləMəmmədov Nizami Murad oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.